Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır

SOSİAL
16:56 26.10.2020
488

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Bu barədə Report-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə "Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

"İstehlalar Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə "Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır", - deyə qurum bəyan edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:52 02.12.2020

Xankəndidə Azərbaycan manatı işləyəcək — AÇIQLAMA

15:34 02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

15:28 02.12.2020

Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - VİDEO

15:26 02.12.2020

Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov

15:15 02.12.2020

Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək

14:58 02.12.2020

Akif Qurbanov: "Ev şəraitində müalicə olunmaq təhlükəlidir"

14:48 02.12.2020

"Ən az 2 həftə sərt tədbirlər olmalıdır" - Professor Adil Allahverdiyev

14:46 02.12.2020

"Sərt tədbirlər olmasa, xəstəxanalarda yer qalmayacaq"

14:45 02.12.2020

Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"

14:36 02.12.2020

Adil Allahverdiyev: "Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır"

14:35 02.12.2020

"20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır"

14:32 02.12.2020

İşçi qrupun üzvü: "Vəziyyət belə davam edərsə, çətinliklə üzləşəcəyik"

14:26 02.12.2020

Laçının Qarıqışlaq kəndinin görüntüləri

14:26 02.12.2020

"Rusiya Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıdır"

14:19 02.12.2020

Direktor: "Virusa aid dərman sayı çox az və məhduddur"

14:18 02.12.2020

TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq etdi