"Azərbaycanın Laçın yolunu bağlaması və erməni sakinlərin “blokada”ya alınması tamamilə əsassızdır"

"Azərbaycanın Laçın yolunu bağlaması və erməni sakinlərin “blokada”ya alınması tamamilə əsassızdır"
SİYASƏT
16:30 30.12.2022
943
"Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin "blokada”ya alınması, bölgədə "humanitar fəlakət” yaratması barədə iddialarının tamamilə əsassızdır".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dekabrın 30-da Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı zamanı bildirib.

C.Bayramov həmkarına nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib.

Telefon danışığı zamanı, həmçinin erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətləri barədə aktivistlərin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə maneçilik törətməsi faktları vurğulanıb.
 

OXŞAR XƏBƏRLƏR