Azərbaycanın Latviyadakı səfiri dəyişib

Azərbaycanın Latviyadakı səfiri dəyişib
SİYASƏT
13:45 26.07.2021
1190
Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

OXŞAR XƏBƏRLƏR