Azərbaycanın Moldovadakı səfiri: “1800 nəfərə yaxın soydaşımız təxliyə olunmağı gözləyir”

Azərbaycanın Moldovadakı səfiri: “1800 nəfərə yaxın soydaşımız təxliyə olunmağı gözləyir”
SOSİAL
11:00 09.03.2022
463
"Gün ərzində azyaşlı, körpə uşaqları olan 150 nəfər Ukrayna-Moldova sərhədini keçir. Nümayəndəmiz Çingiz Quliyev onları qarşılayır və şəhərə gətirərək müvafiq sığınacaqlara yerləşdirirlər”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib.

O bildirib ki, ötən günlərə nisbətən vətəndaşların Moldova sərhədinə doğru axını dayanıb:

"Hazırda təxliyə ilə bağlı təxminən 1800 nəfərə yaxın soydaşımız gözləyir. Bakıdan göndərilən bir sıra nazirliklərin – Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və digər qurumların ümumilikdə 17 nəfərdən ibarət nümayəndə heyəti Moldovada vətəndaşların təxliyəsi məsələsində bizə kömək edir. Bu gün axşam körpə uşaqlı analar, yaşlı insanlar, əlilliyi olan şəxslər, ümumilikdə 170 nəfər avtobuslarla Rumıniyaya təxliyə olunacaqlar. Oradan isə təyyarə ilə Azərbaycana təxliyə ediləcəklər”.

Təxliyə olunanlar üçün 4 böyük sığınacaq var, onların ikisində sırf azərbaycanlıların qaldığını deyən səfir qeyd edib ki, insanlara mütəmadi məlumat verilir ki, narahat olmasın:

"Onların bir çoxu Avropaya qaçqın kimi keçmək istəyirlər. Suallarını cavablandırıb, onlara istiqamət veririk. Soydaşlarımız arasında xəstəliyi olanlar var ki, pulu olmadığı üçün onları zəruri dərman vasitələri ilə biz təmin edirik. Pulu olan soydaşlarımız avtobus xətti ilə 70 dollar ödəyərək İstanbula bilet alaraq gedirlər. Digərləri üçün alternativ yollar axtarırıq. İstanbula gedən avtobuslar 5 yaşına qədər uşaqlar ödənişsizdir, valideynlərinin qucağında gedə bilərlər. Oradan isə Azərbaycan Respublikasının vətəndaşların təxliyəsi üçün ayırdığı ödənişsiz avtobuslar vasitəsilə Vətənə aparılırlar. Bu işlərlə Moldovada fəaliyyət göstərən diaspor rəhbərimiz Elçin Bayramov məşğul olur. Öz avtomobilləri olan şəxslərə isə müxtəlif arayışlar veririk ki, Gürcüstan-Azərbaycan sərhədini keçənə qədər onlar heç bir problem yaşamasınlar”.

"Ötən günlərdə Odessada bir ailənin dörd üzvünün həlak olması ilə nəticələnən hadisə yadınızdadır. Təəssüf ki, belə bir hal baş verdi. Həmin şəxslərin nəşlərinin təyyarə ilə Azərbaycana qaytarılması üçün işlər gedir”, - deyə səfir qeyd edib.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ