Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın müdafiə naziri ABŞ səfiri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Siyasət
18:03 05.03.2015
1443
Zakir Həsənov: “Danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 5-də ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Robert Sekutanı qəbul edib.
AZXEBER.COM-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair qonaqla fikir mübadiləsi aparıb.
Z. Həsənov ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq, sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Öz növbəsində, səfir regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.
Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
14:25 21.08.2025
Rəqsanənin əri də həbs edilə bilər? - Vəkildən açıqlama
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA