Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu - FOTO

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu - FOTO
SOSİAL
15:58 10.11.2021
727
Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: "Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxarıb".

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub.

O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb. Hazırda Şubina "Qaradağ" həndbol klubunun prezidentidir.
 

 



OXŞAR XƏBƏRLƏR