“Azərbaycanın post müharibə dövründə gördüyü işlər bütün dünyada əks-səda yaradıb" - Deputat

“Azərbaycanın post müharibə dövründə gördüyü işlər bütün dünyada əks-səda yaradıb" - Deputat
SOSİAL
10:18 01.06.2023
153
"Ötən həftə müstəqillik günümüz həm də digər bir əlamətdar günlə yadda qaldı. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıtdı. Bu isə onu deməyə əsas verir ki, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Müstəqil Azərbaycan əmin əllərdədir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 

Millət vəkili Laçında 4 minə yaxın insanın məskunlaşacağını deyib:
"Azərbaycanın post müharibə dövründə gördüyü işlər bütün dünyada əks-səda yaradıb. Çünki belə qısa bir müddətdə bu qədər böyük işlər görmək, hətta bunları öz maliyyə resursları ilə həyata keçirmək indiki məqamda hər dövlətin işi deyil. Bu o deməkdir ki, illərdir prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün siyasət yürüdülmüşdur ki, indi də biz bunun bəhrəsini, nəticəsini görə bilirik. Artıq digər yerlərimiz kimi Laşına da köç başlayıb. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Əlbəttə bu az rəqəm deyil. Bu ailələrin də hər biri yüksək həyat şəraiti ilə təmin olunacaq. Əsas məqamlardan biri ondan ibarətdir ki, bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Bu o deməkdir ki, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. Bununla yanaşı müasir tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Bununla da yeni köçən sakinlərin iş məsələsi, təhsil məsələsi də öz həllini tapmış olacaq”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR