Azərbaycanın qadın güləşçisi dünya üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi dünya üçüncüsü olub
İDMAN
23:03 25.10.2025
119
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

AZXEBER.COM xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçi italiyalı Aurora Russoya "tuş"la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.
OXŞAR XƏBƏRLƏR