"Azərbaycanın Qarabağdakı qələbəsi fundamental hadisədir"

"Azərbaycanın Qarabağdakı qələbəsi fundamental hadisədir"
MEDIA
14:14 24.10.2021
415
"Qarabağdakı qələbə türk dünyasının son illərdəki ən böyük uğurlarından biridir".

Bunu "Anadolu" agentliyinin (AA) İdarə Heyətinin rəhbəri və baş direktoru Sərdar Karagöz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində təşkil olunan "Türk dünyasının simasında gələcəyi qur” panelində çıxışında deyib.

Karagöz türk dünyasının Qarabağ mövzusunda ideoloji və praktiki baxımdan birlik nümayiş etdirdiyini qeyd edib: "Biz bəyanatlarımızda maksimum birlik nümayiş etdirməyə çalışdıq. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini əsas hesab edirəm. Bu, birlik yaratmaq üçün atılan bir addımdır və bizim üçün yeni qapılar açır".

Agentlik rəsmisi vurğulayıb ki, Qarabağdakı qələbə təkcə hərbi zəfər deyil, türk dünyasını birləşdirən möhtəşəm və əsaslı qalibiyyətdir: "İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Lakin münaqişənin bütün dövrünü, hətta hərbi əməliyyatlar başlamazdan əvvəlki tarixləri də nəzərə alsaq, görərik ki, dünya Azərbaycanın haqsızlıqdan əziyyət çəkdiyini heç vaxt tanımayıb, başqalarının da tanımasına imkan verməyib. Azərbaycan torpaqlarının işğalı ilə bağlı Qərb və Şərq mediasında geniş məqalələr, analitiklər və bəyanatlar olmayıb. Yalnız Türkiyə və Azərbaycanda, bütövlükdə türk dünyasında torpaqların işğalı faktı israrla söylənilib".

Karagözün sözlərinə görə, uzun illər Azərbaycan guya Ermənistana təzyiq edirmiş kimi görünüb:

"Bu, münaqişənin ilk günündən zəfər gününə qədər davam etdi. Lakin siyasi gücümüz və nüfuzumuz qlobal rəqabət fonunda güclənməyə başladı. Hərbi baxımdan güclü olmaq kifayət deyil. Siyasi baxımdan iki ölkənin güclü liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev ciddi iradə nümayiş etdirdilər".

Baş direktor əlavə edib ki, erməni diasporunun əsas mərkəzi Kaliforniyadadır. İkinci mərkəz Fransada yerləşir. Bu iki mərkəz beynəlxalq mediaya müqavimət göstərməyə başladı. Amma bölgəyə gələn xarici jurnalistlər reallıqları öz gözləri ilə gördülər. Ermənistanın törətdiyi zorakılığı gördülər, işğal olunmuş torpaqlarda baş verən dağıntıları, həm dinc əhaliyə, həm də tarixi irsə qarşı törədilən cinayətləri fotoşəkillərlə çəkdilər. Nəticədə 44 gündən sonra, qələbə günündə güclü erməni lobbisinin cəhdlərinə baxmayaraq, dünya ictimaiyyətindən heç bir mənfi reaksiya olmadı. Qələbə təkcə döyüş meydanında deyil, həm də informasiya sahəsində qazanıldı”.

Karagözün fikrincə, media Qarabağdakı qələbənin informasiya tərəfini həmişə nəzərə almalı və başqa nə edilə biləcəyini düşünməlidir: "İnanıram ki, Qarabağdakı zəfər sayəsində türk dünyasının əldə etdiyi uğurlar qarşıdakı dövrlərdə də yeni qələbələrin, nailiyyətlərin qapılarını açacaq”.
 
\report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video