Azərbaycanın qazandığı qələbəni bəzi dövlətlər həzm edə bilmir. Elə qonşu dövlət olan İran da din qardaşı adlandırdığı Azərbaycana yox, terrorçu Ermənistana dəstək verir. İndi İranı narahat edən daha bir məsələ var: Zəngəzur dəhlizi. İran Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirir. İranı bunu öz mövqeyində hiss etdirir
Bəs görəsən Azərbaycanın tarixi qalibiyyəti İranı niyə bu qədər narahat edir?
Politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda həm də Zəngəzur dəhlizinə alternativ Qafqaz dəhlizi ideasının irəli sürülməsi bir qədər təəccüblüdür:
"Son dövrlər Zəngəzur dəhlizinə alternativ olaraq İran, Ermənistan, Gürcüstan nəqliyyat dəhlizi üzərində müxtəlif planlar qurulur və müzakirələr aparılır. Əsas məqsəd isə odur ki, Fars körfəzindən Qara dənizə yüklərin daşınmasını həyata keçirməkdir. Burada İranın əks mövqeyi, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda həm də Zəngəzur dəhlizinə alternativ Qafqaz dəhlizi ideasının irəli sürülməsi bir qədər təəccüblüdür.
Türkiyə və Azərbaycanın regional dövlətlərə təklif etdiyi "3+3” formatından kənarda hər hansı bir planların qurulması kifayət qədər ziddiyyətlidir. Əvvəlki məsələlərdə olduğu kimi burada da İran Azərbaycanın xeyrinə olan məsələyə zidd münasibət bəsləyir. Burada əsas məsələ İran-Ermənistan magistral M2 xəttinin 21 kilomterlik hissəsinin Azərbaycan ərazisindən keçməsidir. Bizim DİN əməkdaşlarının, eləcə də Gömrük Orqanlarının keçirdiyi vergiyə zəlb etmə əməliyyatları ilə yanaşı bütün bu proseslər gedir. Qafqaz dəhlizi ideası regional dövlətlərin, xüsusilə, Rusiya, Türkiyə və Azərbaycanın buraya daha ciddi yanaşması, bütün mümkün imkanların maksimum dərəcədə dəyərləndirilməsi fonunda Zəngəzur dəhlizi istifadəyə veriləcək. Digər alternativ yola ehtiyac qalmayacaq”.
Politoloq Ermənistanın da bu layihəyə cəlb olunmasının önəmli olduğunu bildirib:
"Önəmli məsələlərdən biri də Ermənistanın bu layihəyə cəlb olunmasıdır. Ermənistanın suverenlik hüququnun kifayət qədər məhdudlaşdırılması onu deməyə imkan verir ki, Rusiyanın siyasi iradəsi nəticəsində Ermənistan da bu dəhlizə qoşulacaq və digər hər hansı variantları nəzərdən keçirməyəcək”.
Belə görünür ki, 44 günlük "Dəmir Yumruq" əməliyyatından dərs çıxarmayan dövlətlər var. Bu "dəmir yumruq" Azərbaycanın ərazi bütövlüyünə mane olmağa çalışan istənilən dövlətə dəyə bilər".

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışlarını isə heç kim unutmamalıdır:
"Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”.
Aydın Nuri