Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb
İDMAN
15:57 04.10.2025
187
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın qızlardan ibarət şpaqa üzrə milli komandası yarımfinalda Özbəkistana 37:45 hesablı ilə uduzub.

Beləliklə, Mirnuray Abasova, Aynur Quliyeva, Nəzrin Mehdiyeva və Xədicə Həsənlidən ibarət Azərbaycan komandası bürünc medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR