“Azərbaycanda iqtisadiyyatının inkişafının artan tempinə ayrılan diqqət ölkə başçısının daxili siyasətinin tərkib hissəsidir. Ən müxtəlif proqramlarda cənab prezident ölkənin iqtisadiyyatının, sənayesinin, regionlarının inkişafına çox böyük diqqət ayırır”.
Bu sözləri millət vəkili Fəzail Ağamalı ölkə iqtisadiyyatının inkişafının artan səviyyəsini AZXEBERCOM-a şərh edərkən verdiyi açıqlamasında bildirdi: “Təsadüfi deyil ki, hər il ayrı-ayrı sahələr üzrə həmin sahənin ili elan olinur. Bu o deməkdir ki, konkret sahənin inkişafı həmin ildə xüsusi önəm kəsb edir və bu sahəyə diqqət yetirilir, bu da özünün konkret nəticələrini göstərir. Bu gün Azərbaycanın regionda lider dövlətə çevrilməsi ölkə prezidentinin uğurlu daxili siyasətinin nəticəsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət başçısının daxili siyasətinin prioritet sahələrindən biridir. Cənab İlham Əliyevin elan etdiyi və fəaliyyətinə xüsusi əhəmiyyət verdiyi ən vacib məsələlərdən biri də Azərbaycan iqsidaiyyatının neftdən asılılığının azad edilməsidir. Sənayenin, kənd təsərrüfatının, yüksək texnologiyaların inkişafına böyük önəm verilir və bu artıq özünün konkret nəticələrini göztərməkdədir”.
Orxan