Azərbaycanın Rumıniyadakı səfirliyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov "X"də yazıb.
Qeyd olunub ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Rumıniya və Azərbaycandan olan ictimaiyyət nümayəndələri iştirak edib, çıxışlar olub.