Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb

Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb
SİYASƏT
13:04 13.05.2017
2573
”Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib”.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rus İcmasının Respublika Şurasının bəyanatında bildirilir.
 
"Təəssüf ki, Rusiyada müəyyən qüvvələr Ümumrusiya Azərbaycan Konqresinin təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar. Şübhə doğurmur ki, həmvətənlərimiz – Rusiyadakı Azərbaycan diasporuna qarşı bu mənfi, hörmətsiz münasibət Azərbaycan və Rusiya, Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və genişlənməsinə xidmət etmir. Azərbaycanda yaşayan ruslar Azərbaycan xalqının rus dilinin, rus mədəniyyətinin və Azərbaycanda rus xalqının ənənələrinin qorunmasına qayğıkeş münasibətini yüksək qiymətləndirir. Hesab edirik ki, Rusiyada da Rusiya Federasiyasının tamhüquqlu vətəndaşları olan azərbaycanlıları narahat edən məsələlərə müvafiq münasibət olmalıdır. Biz ölkələrimiz arasındakı münasibətlərin vəziyyətindən çox məmnunuq. Onların əsasında dostluq və mehriban qonşuluğun çoxəsrlik ənənələri, qarşılıqlı maraqlara hörmət, milyonlarla azərbaycanlı və rusların bir-birinə bağlı taleləri dayanır. İmkan vermək olmaz ki, dost olmayan qüvvələrin hərəkətləri xalqlarımız arasındakı möhkəm əlaqələr və səmimi münasibətlərə ziyan vursun. Rusiyalı həmvətənlərimiz, biz, ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri yüksək qiymətləndiririk və bir daha Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin”, - deyə bəyanatda vurğulanıb.   

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
21:52 18.06.2026
ABŞ ilə İran arasında təntənəli imzalama mərasimi nə vaxt olacaq? - Vens AÇIQLADI
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
21:45 18.06.2026
DİN-dən uşaqlara "Tik-Tok" xəbərdarlığı
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
21:40 18.06.2026
“Qarabağ” Kamilo Duranı satmaqdan İMTİNA ETDİ
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
21:27 18.06.2026
İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır - VİDEO
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
21:25 18.06.2026
Ali məktəblərin ixtisas seçimində hansı qrupların ballarında artım ola bilər? - VİDEO
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
21:15 18.06.2026
Ölən şəxslərin fotolarından istifadə məsuliyyət yaradırmı?
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib