Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yaydı

SİYASƏT
11:55 23.09.2020
266
Azərbaycanın Rusiyadakı səfirliyi Turan informasiya agentliyinin dərc etdiyi "Azərbaycan səfirliyi Dağıstanda həbs edilmiş həmvətənlərimizin taleyinə laqeyddir?” başlıqlı məqalə ilə bağlı açıqlama yayıb.

Səfirlikdən AZXEBER.COM-a bildiriblər ki, Rusiyadakı diplomatik nümayəndəliyimizin 10 sentyabr tarixli məlumatında vurğulandığı kimi, cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız - Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində saxlanıldığı, vətəndaşlarımızın lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

"Bildiririk ki, səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub. Ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı hüquqlarının qorunması tapşırılıb. Görülmüş işlər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər - Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də səfirliyin və vəkilin diqqətindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür”, - deyə açıqlamada bildirilir.
Səfirlikdən həmçinin vurğulayıblar ki, məqalədə adı çəkilən vəkil Murad Vəlixanov iyul ayında səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb, saxlanılan şəxslərlə bağlı müvafiq sənədlərin ona verilməsini xahiş edib. Bu təşəbbüs dəstəklənib və vəkilə lazımi sənədlər təqdim olunub.

Səfirliyin sentyabrın 17-də yayılmış məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda Azərbaycan Respublikasının dörd vətəndaşı elə məhkəmə zalından buraxılıb və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

"Diqqətə çatdırmaq istəyirik ki, səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Görülmüş hər bir iş, atılmış addımlar barəsində də KİV-ə məlumat verilməsini məqsədəuyğun hesab etmir. Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”, - deyə məlumatda qeyd olunub.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"