Azərbaycanın sabiq Ombudsmanı: "Səhhətimdə problem var, əməliyyat olunmuşam"

Azərbaycanın sabiq Ombudsmanı: "Səhhətimdə problem var, əməliyyat olunmuşam"
SOSİAL
11:56 19.10.2023
192
"Səhhətimdə problem var, əməliyyat olunmuşam".
 
AZXEBER.COM xəbər verir ki, bunu report-a çıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
 
O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: "Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq".
 
Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: "Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam".
 
Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.
OXŞAR XƏBƏRLƏR