Son 5 gün ərzində Azərbaycanın şimal bölgəsində polis postlarının qurulmasının səbəbi bəlli olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib:
"Bu addım ağır cinayət törətməkdə şübhəli bilinən silahlı bir şəxsin tutulması ilə bağlı idi. Keçirilən tədbir uğurla nəticələnib".
Orxan Mansurzadə yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcəklərini deyib.
İyulun 13-də Quba, Xaçmaz sakinləri AzadlıqRadiosuna ərazidə polis postlarının qurulmasından, avtomobillərin saxlanılaraq sürücülərin sorğu-sual edilməsindən, sənədlərinin yoxlanılmasından narahatlıqlarını bildirmişdilər.