Medianın İnkişafı Agentliyi bəyanat yaydı

Medianın İnkişafı Agentliyi bəyanat yaydı
MEDIA
16:34 10.03.2026
629
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.

AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.

Xüsusilə, "Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.

Vurğulanıb ki, "Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.

"Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilmişdir.

Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.

Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülmüş, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınmışdır.

Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilmişdir.

Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur", - bəyanatda bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı