Azərbaycanın “smart” qadınları smart kəndlər yaradır - FOTOLAR

Azərbaycanın “smart” qadınları smart kəndlər yaradır - FOTOLAR
SOSİAL
14:34 06.06.2022
514
Ölkə üzrə "Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi Kampaniyasına” start verilib.

AZXEBER.COM xəbər verir ki, "Naxış” Qadın qrupu: ”Bu gün 90 evə sevinc bəxş edildi. Biz qadınlar nəyəsə nail olduqca, çalışmaq həvəsimiz daha da artır. Sizdən güc alaraq, gücümüzə güc qatırıq.”

Mubarək Hüseynova: "Bu telefonlar kənd qadınları ücün uzaqları yaxın etməklə yanası,hən də onların inkisafına verilən xüsusi dəstək və tövhədir.”
Fəridə Sultansoy: "Çox möhtəşəm tədbir idi, yaddaqalan, gözəl gün yaşadıq.”
Sözügedən bu gün, yəni 3 iyunda 15 rayondan Qax şəhərinə gələn 90-a yaxın kənd qadınını belə sevindirən onların müasir texnologiyalara əlçatanlığı istiqamətində atılan ilk addım oldu. Bunu həyata keçirən isə Azərbaycan Kənd Qadınları Assosiasiyası (ARWA) idi. 22 rayon üzrə möhtəşəm kampaniyaya: Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi Kampaniyasına start verildi. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən 6 noutbuk və ABŞ-ın T-Mobile şirkəti tərəfindən 84 telefon kənd qadınlarına hədiyyə edildi.

ARWA sədri Gülbəniz Qənbərova: "Kampaniyanın ilk şəbəkə görüşü və seminarında yanımızda olan FAO Azərbaycanın ofis rəhbəri Mələk Çakmak, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, nitqləri ilə qadınlarımızı ilhamlandıran AKQA Beynəlxalq Şurasının rəhbəri Tara Şarafudin, ABŞ T-Mobile Şirkətinin əməkdaşı Hau Tran, ABŞ-dakı Meyn Azərbaycanlıları Cəmiyyətinin sədri Tərlan Əhmədova, dəstəkçilərdən KOBİA və KOBSKA təşkilatlarına böyük təşəkkürlər düşür. Artıq ucqar kəndlərdə yaşayan fermer qadınlar satış kanallarına çıxış imkanlarını genişləndirə biləcəklər.
 
Axı mobil cihazları olmayan, kompyuter avadanlığından istifadə etməyi bacarmayan qadınlar nə online təlimlərə və görüşlərə qoşula bilir, nə biznesləri üçün vacib olan əlaqələri qurur, nə də məhsullarının satışı üçün resurs tapa bilirdilər. Beləcə kiçik biznesləri inkişaf etmir, özləri bəzən ruhdan düşür, kəndin tərəqqisi üçün tam bacarıqlarını ortaya qoya bilmirdilər. Odur ki, kampaniyamızın şüarını belə seçmişik: "Smart qadınlar smart kəndlər yaradır!” Amma ilkin olaraq, 1 illik nəzərdə tutduğumuz bu kampaniyanı yürütmək, bütün kənd qadınlarının bu fürsətdən faydalanmasını təmin etmək üçün partnyorlara, xeyir-dualara və uğur hekayələrinə ehtiyacımız var.”

Elə bu da ARWA-nın uğur hekayələrindən biri: "Tanış olaq: mən Nübarək Huseynovayam və Ağdamın Təzəkənd qəsəbəsində yaşayıram. İki il əvvəl özümü təqdim edərkən, sadəcə "evdar xanımam” deyirdim. Amma indi adımın qarşısında nə az, nə çox, beş titul qeyd edirəm.
 
Soruşarsınız ki, bunu necə bacardim? Mənim uğur hekayəm pandemiya vaxti, hər birimizin evlərə qapandığı vaxtda onlayn təlimlərə qoşulmaqla başladı. Bəzilərinin ruhdan düşdüyü vaxtda, mən pandemiyanı fürsətə çevirdim. Çünki həmin təlimlər oflayn olsaydi, istirak etməyə, həyatımı dəyişməyə ailəm hec vaxt razi olmazdi. Amma əzmim, həvəsim, özümü inkişaf etdirmək, cəmiyyətə faydalı olmaq qərarım bəhrəsini verdi. Mən nəinki öz isimi qurdum və hətta biznesə çevirdim, üstəgəl qəsəbəmizin Qadın İnkişaf və Müəssisə qrupunun sədri olmağı belə bacardım.
 
Yaşadığım zonada nümunə göstəriləcək, cəsarətli və guclu bir is qadini kimi taniniram. "Eh, bəlli yaşdan sonra həyatı dəyişmək olmur” düşünənlərin nəzərinə! Mən başlarkən, 40 yaşım vardı. Orta təhsilli bir kənd qadini bunu acara bildisə, deməli hər kəs bacarar. Yetər ki, istək olsun! Gözəl deyim var: "İstəyən yol axtarar, istəməyən bəhanə”. Bu da həyat sloqanım: "Zirvəyə gedən yolda yaş əngəl deyil, faydalı təcrübədir”. Odur ki, ARWA-nın yeni kampaniyasında qadınlarımıza bol uğurlar!”
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi