Azərbaycanın su ehtiyatları azalır - Nazirlik həyəcan təbili çalır

Azərbaycanın su ehtiyatları azalır - Nazirlik həyəcan təbili çalır
SOSİAL
22:07 12.03.2019
8325
Azərbaycanın su ehtiyatları azalır.

AZXEBER.COM xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyəcan təbili çalır.
Hidroloq Rafiq Verdiyev deyir ki, su ehtiyatlarının azalmasının əsas səbəbi son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artmasıdır.

Hidroloqun sözlərinə görə, su ehtiyatlarının azalması çay ekosistemi və kənd təsərrüfatı üçün ciddi problem yarada bilər.

Rafiq Verdiyev bildirir ki, prosesi ləngitmək üçün su istifadəçiləri sudan səmərəli istifadə etməlidirlər. Su təchizatı qurğularında və məişətdə itkilərin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir.

Rafiq Verdiyevin sözlərinə görə, nazirliyin əməkdaşları çaylarda gözlənilən axımı dəqiq proqnozlaşdırmaq üçün hazırda qarölçmə işləri aparırlar. Məqsəd istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılmasıdır.
OXŞAR XƏBƏRLƏR