Azərbaycanın tanınmış dedektiv yazarı imza günü keçirəcək

MƏDƏNİYYƏT
15:07 11.04.2013
1684
Azərbaycanın tanınmış dedektiv yazarı imza günü keçirir.
Aprel ayınn 14-də, saat 14:00-16:00 arasında tanınmış detektiv yazar və naşir Müşfiq XANın imza günü və yazıçının yeni çap olunmuş “Sonuncu hədiyyə” romanının təqdimat mərasimi keçiriləcək.AZXEBER.COM-un məlumatına görə, tədbir “Park Bulvar” Alış-Veriş Mərkəzində yerləşən “Əli və Nino” kitab mağazasında baş tutacaq. “Sonuncu hədiyyə” müəllifin bədii detektiv janrında yazdığı sayca beşinci kitabıdır. Bundan əvvəl yazıçının “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (Şəmil Sadiqlə birgə həmmüəllif olaraq) və “O” kitabları işıq üzü görüb.Tədbirdə oxucular üçün hədiyyə kampaniyasının keçirilməsi də nəzərdə tutulub. Təqdimatda ölkəmizin bir çox tanınmış qələm sahibləri də iştirak edəcək.Əsərləri detektiv həvəskarları tərəfindən maraqla qarşılanan Müşfiq XAN ixtisasca bioloqdur (biologiya üzrə fəlsəfə doktoru) və bu sahə üzrə də bir sıra maraqlı nəşrlərin və elmi əsərlərin müəllifidir. Eyni zamanda Müşfiq XAN “Hədəf Nəşrləri”nin direktorudur.İmza günü və təqdimat mərasiminin təşkilatçısı "Əli və Nino" Mağazalar Şəbəkəsidir.

OXŞAR XƏBƏRLƏR