Azərbaycanın tanınmış diktorunun səhhəti pisləşdi

MƏDƏNİYYƏT
09:38 26.02.2013
1540
Azərbaycanın tanınmış diktoru, Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.Məlumata görə, diktor bir aydan çoxdur ki, yataq rejimindədir. Diktorun keçirdiyi soyuqdəymə, onun sağlamlığında ciddi problemlər yaradıb. Hazırda diktor həkim nəzarəti altında, ev şəraitində müalicə olunur.Ofeliya Sənani səhhətində ciddi problemlərin olmadığını bildirib.“Allaha şükür, heç bir ciddi xəstəliyim yoxdur. Bu sadəcə qripdir. Yaşlı insanlar adi qripi bir az pis keçirirlər. İndiki qripləri istər böyüklər, istərsə də uşaqlar pis keçirirlər. Mənim nəvəm də adi qripə tutulmuşdu, çox gec sağaldı. Bir də gərək insan özünü soyuqdan qorusun. Elə olur ki, özümü soyuğa verirəm, qoruya bilmirəm. Tamaşaçılarıma demək istəyirəm ki, narahat olmasınlar. Həmişə sağlam qalsınlar, xəstələnməsinlər. Zənginiz üçün təşəkkür edirəm” – deyə xalq artisti qeyd edib.Allah şəfa versin.
//milli.az

OXŞAR XƏBƏRLƏR