Azərbaycanın tanınmış idman mütəxəssisi vəfat etdi

Azərbaycanın tanınmış idman mütəxəssisi vəfat etdi
SOSİAL
11:10 13.12.2021
1129
Azərbaycanın tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov vəfat edib.

AZXEBER.COM-un xəbərinə görə, o, bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

Güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. "İdman ustası”, "Respublikanın və SSRİ-nin maarif əlaçısı”, "Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət Akademiyanın "Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Camal Yaqubovun əziz xatirəsi idman ictamiyyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət etsin!
 

OXŞAR XƏBƏRLƏR