Azərbaycanın tanınmış müğənnisi: ‘Özüm-öz əllərimlə gələcək nəsili şikəst yaratmış oluram’

Azərbaycanın tanınmış müğənnisi: ‘Özüm-öz əllərimlə gələcək nəsili şikəst yaratmış oluram’
MAQAZİN
11:50 28.03.2012
3285

“Xanımlarımızın başqa xalqın nümayəndələrilə ailə həyatı qurmasını qəbul etmirəm”

Bu yaxında Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetində Novruz şənliyi keçirilib. Konsertdə iştirak edən məşhur müğənni Lalə Məmmədova öz oxuduğu mahnılarla gecəyə xüsusi rəng qatıb. AZXEBER.COM-un Şimali Kipr üzrə xüsusi müxbiri Cəfər Mənsimiyə səfər təəssüratlarını bölüşən məşhur müğənninin müsahibəsini oxucularımıza təqdim edirik:

- Lalə xanım, xoş gəlmisiniz. Burda özünüzü vətəndəki kimi hiss edə bilirsiniz?

- Düzünü deyim ki, özümü vətəndəki kimi hiss edə bilmirəm. Çünki buna adaptasiya lazımdır.

- Vətəndən uzaqda olanda ən çox kim və ya nə üçün darıxırsınız?

- Övladım və yaxınlarım üçün çox darıxıram.

-Sizi bura gətirən daha çox nə oldu?

- Məni bura gətirən içimdə olan vətənpərvərlik hissidir. Vətənimizi sevən xanım kimi bu təklifdən kənarda qalmaq istəmədim. Dəvəti qəbul etməyimlə, çalışdım ki, vətəndən kənarda təhsil alan həmvətənlərimizə dəstək olum və onların bayram sevincinə öz mahnılarıma rəngarənglik qatım.

- Doğu Akdeniz Universitetində Novruz bayramı ilə bağlı təşkil olunmuş konsert ürəyinizcə oldu, ən çox nə yadınızda qaldı?

- Ürəyimcə oldu. Gözlədiyim nəticəni əldə edə bildim. Hazırda onların alqışı və sevinclərini xatırlayıram. Vətəndən gətirdiyim musiqi payını onlarla bölüşmək məni çox sevindirdi.

- Tələbələri gördükdə xatirinizdən nələr gəlib keçdi o illərlə bağlı?

- Onları gördükdə Azərbaycanın gələcəyinə olan inamım daha da artır. Və mən bir daha onların yeni Azərbaycanın, yeni nümayəndələri olmasını anlayıram. - Sizin dövrünüzün gəncliyi ilə bugünkü gənclik arasında nə kimi fərq görürsüz?

Bu günki gəncliyin savadına, intelektinə heyranam. Artıq tələbəlik illərimdən 10 ilə yaxın müddət keçir. O vaxtlar da savadlı gənclər vardı. Amma indiki gənclik daha yenilikçi və hər şeyə can yandırandır. Bu gün ki gəncliyə çox inanıram. Əgər keçmişdə Azərbaycan gənclərinin xaricdə təhsil alması problem idisə, indi artıq bu tamamilə fərqlidir.

- Gəncliyinizdən bu günə hansı maraqlı və vacib bir şeyi daşıya bilmisiniz?

Vətənə və doğmalarıma olan sevgini bu günə qədər daşımağı bacarmışam. O gündən bu günə bir çox şey dəyişə də amma bu hissim dəyişməyib. Məncə, ailəyə sevgisi olmayanların Vətənə sevgisi heç zaman ola bilməz. Çünki, Vətənə olan sevgi insanın öz ailəsindən başlayır.

- Maraqlarınız içində mütaliə etmək varmı? Ən çox sevdiyiniz kitab hansı olub ki, bugünədək unuda bilməyəsiz?

- Ələbəttə, var. Ən çox qərb ədəbiyyatını çox sevirəm. Bütün oxuduğum kitabların içərsində mənim üçün ən yüksək də duran, məni daxilən duruldan və mənə istiqamət göstərən yeganə bir kitab var ki, o da Qurani-Kərimdir. Bu kitab hər zaman qəlbimdədir.

- Gələk qarşılamağa hazırlaşdığımız bahara. Baharın gəlişi sizdə hansı hisslər oyadır?

Baharın gəlişi mənə xoş təəssürat və pozetiv enerji gətirir.

- Bəs Novruz bayramını adətən necə qeyd edirsiniz? Hansı adət-ənənələrə sadiqsiz?

Ailəmlə birlikdə olmağa çalışıram. Amma çox vaxt Novruzu konsertlərdə iştirak etməklə qarşılayıram.

-Ailənizdə milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə nə dərəcə də yer verilir?

Ailəmizdə milli-mənəvi dəyərlərə böyük çox yüksək səviyyə də yer verilir. Əgər yer verilməzsə mənim övladımın tərbiyyəsi düzgün-normal ola bilməz. Bir vətəndaş kimi mili-mənəvi dəyərləri qoruyub, gələcək nəsilə ötürməsəm özüm-öz əllərimlə gələcək nəsili şikəst yaradıram. Ümid edirəm ki, bir çox insanlar da mənim kimi düşünür. Hər bir xalqın nümayəndəsi öz milli dəyərlərini yüksək səviyyədə qorumalıdır.

-Müasir dövrdə bir çox mənəvi dəyərlər cəmiyyət tərəfindən qəbul olunmur. Sizin qəbul etmədiyiniz, bu gün üçün əsassız saydığınız belə mentalitet məsələləri varmı?

Sadəcə qəbul etmədiyim bir şey var. Bu da xanımlarımızın başqa xalqın nümayəndələri ilə ailə həyatı qurmasıdır. Mənə elə gəlir ki, qurulan belə ailələrdə övladlar şikəst olaraq dünyaya gəlir. Yəni, gələcəkdə uşaqlar iki yol ayrımı ilə üzləşirlər. Belə uşaqlar gələcək də hansı dini və ya mili-mənəvi dəyərləri qəbul edəcəklərini düşünəndə, çox çətinliklə üzləşirlər. Buna görə məni köhnə fikirli bir insan adlandıra bilərlər. Amma neynəyim, mən bunu qəbul edə bilmirəm.

-Bayramı vətəndən kənarda qeyd etmək sizi üzmür ki?

Həmvətənlərimizlə birlikdə bayramı qeyd etməkdən böyük zövq aldım.

-Ölkəmizdə keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsinin həyacanına artıq bir neçə ay qalıb. Bu müsabiqə də ölkəmizin şansını necə dəyərləndirirsiniz? Sizcə, Səbinə Babayeva bu yarışmada birinciliyi qoruyub saxlaya biləcəkmi?

Səbinə Babayeva çox layiqli namizəddir. Hesab edirəm ki, o, ölkəmizi layiqincə təmsil edəcəkdir. Nə vaxtsa onun bu müsabiqədə ölkəmizi təmsil edəcəyini bilirdim. Çünki, uzun illərdir ki, onun bacarığına bələdəm.

-Sonda bilmək istərdik, burdan hansı təəssüratlarla ayrılırsınız?

Şimali Kipri açılmamış bir qönçəyə bənzətdim. Məncə müharibədən sonra Kipr özünə gəlməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib