"Bir ovuc terrorçunun qərarı bizim fəalların aksiyası üçün əsas ola bilməz. Bundan başqa, həmin ərazilərdə Azərbaycanın dövlət strukturları tərəfindən dəymiş ziyanın monitorinqi və qiymətləndirilməsi aparılmalıdır. Laçın yolunda aksiyanın davam edəcəyinə əminik".
AZXEBER.COM xəbər verir ki, bu barədə "Caliber” telegram kanalı məlumat yayıb.
Xatırladaq ki, bu gün "Base Metals” şirkəti ekspertiza başa çatana qədər Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində "Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib.
Şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.