Azərbaycanın U-21 millisi Monteneqro yığması ilə heç-heçə edib

Azərbaycanın U-21 millisi Monteneqro yığması ilə heç-heçə edib
İDMAN
22:09 08.06.2025
222
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Matç qolsuz başa çatıb.

Qeyd edək ki, U-21 iyunun 4-də Baranoviçi şəhərində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə münasibətləri aydınlaşdırıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR