Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazanıb - FOTOLAR

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazanıb - FOTOLAR
İDMAN
22:15 05.07.2025
607
Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.

AZXEBER.COM xəbər verir ki, yarımfinalda rəqiblərinə uduzan təmsilçilərimiz üçüncü yerlə kifayətləniblər.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbaya (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel du Naskimentoya (Braziliya), Məhəmməd Abdullayev (+90 kq) isə Aybek Oralbaya (Qazaxıstan) uduzub.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

 

 

 


OXŞAR XƏBƏRLƏR