Azərbaycanın üç rayonunun qaz təchizatı məhdudlaşdırılır

İQTİSADİYYAT
18:02 07.09.2015
1475

Sabah Abşeron, Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bolqarıstan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Ramanı-südçülük və Bolqarıstan sovxozunun, eləcə də Maştağa kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qazax və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

OXŞAR XƏBƏRLƏR