Azərbaycanın Ukraynadakı səfiri son vəziyyəti AÇIQLADI

Azərbaycanın Ukraynadakı səfiri son vəziyyəti AÇIQLADI
SİYASƏT
22:52 26.02.2022
1245
"Ukraynada vəziyyət çox ağırdır, hər yerdə döyüşlər gedir, o cümlədən Kiyev şəhəri də mərmi atəşinə tutulur”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

Səfir bildirib ki, azərbaycanlılara mümkün olan köməkliyi göstərməyə çalışırlar:

"Artıq Azərbaycan Xarici İşlər Nazirliyi soydaşlarımızın Ukraynadan çıxarılması üçün üç marşrut müəyyən edib. Onlardan ən təhlükəsizi Moldova marşrutudur. Çünki nisbətən qısadır, 600 km-ə yaxındır, Ruminiya sərhədinə isə 500 km-dir. Oradan isə təyyarə ilə İstanbula, daha sonra Bakıya uçmaq mümkündür. Əlbəttə ki, bu uzun marşrutdur, lakin ən realı budur. Xarici İşlər Nazirliyi bizə Polşa və Slovakiya marşrutunu da tövsiyə edib. Orada problemlər yaranmaqdadır. Hazırda 100-ə yaxın soydaşımız Polşa sərhədində cəmləşib. Ukrayna sərhədçiləri onları nəyəsə görə buraxmır. Baxmayaraq ki, bizim XİN bu barədə Polşa XİN-lə danışıqlar aparıb və sövdələşmə əldə edib. Lakin soydaşlarımızı buraxmırlar. Bunu Azərbaycan XİN-ə də çatdırmışıq. Orada vəziyyət gərgindir”.

Elmira Axundovanın sözlərinə görə, artıq Ukraynada sivil vətəndaşlar da həlak olmaqdadır.

"Ukraynada artıq 198 nəfər həlak olub, 1000-dən çox yaralı var, o cümlədən azyaşlılar. Təəssüf ki, Azərbaycan əsilli Ukrayna vətəndaşı olan soydaşlarımız - Nataliya Fərzəliyeva və qızı Səbinə həlak olub, oğlu Zaur isə yaralanıb. Bundan başqa, soydaşlarımızdan biri sığınacaqda oturmaq əvəzinə, əsgərlərin durduğu postun yaxınlığında avtomobil idarə edib və atəşə tutulub, ayağından yaralanıb”, - deyə səfir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
23:10 08.10.2026
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
22:59 08.10.2026
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
22:50 08.10.2026
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
22:43 08.10.2026
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
22:34 08.10.2026
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
22:30 08.10.2026
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
22:25 08.10.2026
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
22:19 08.10.2026
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
22:15 08.10.2026
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı