Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürüldü

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürüldü
SİYASƏT
11:39 08.03.2022
373
Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xətt" nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43
OXŞAR XƏBƏRLƏR