Azərbaycanın uğurları İranı niyə narahat edir? - AÇIQLAMA

Azərbaycanın uğurları İranı niyə narahat edir? - AÇIQLAMA
SİYASƏT
14:18 29.08.2022
817
Azərbaycan hər zaman mehriban qonşuluq münsibətlərinin qorunması və müsbət yöndə inkişafı üçün çalışıb. Ölkəmiz regionda sülhün və əmin-amanlığı təmin edilməsi üçün hər zaman lazımi addımları atıb.

Amma faktdır ki, Azərbaycanın son dövrlərdə daha da güclənməsi, tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarması və s. bu kimi uğurları bəzi dövlətləri narahat edir. Bizə qonşu olan dövlətlərdən biri – Ermənistan düşmən dövlətdir. Amma digər bir qonşumuz olan İran da var ki, hər zamana Azərbaycana dost, müsəlman qardaşı desə də, təəssüf ki, ölkəmizə qarşı münasibəti birmənalı olmayıb. Biz bunları – 44 günlük Vətən müharibəsində və bu günlərdə də müşahidə edirik.

Bəs, qonşu dövlətin ölkəmizə qarşı bu cür münasibəti nədən qaynaqlanır?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZXEBER.COM-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib.

Deputat qeyd edib ki, İran Azərbaycanla münasibətlərində ikiüzlü siyasət yürüdür:

"Bu siyasətin Birinci Qarabağ və Vətən müharibəsi zamanında, hətta post-müharibə dövründə də şahidiyik. İlk növbədə səbəb odur ki, İran dövləti və bu ölkənin siyasi kursu müstəqil, demokratik və dünyəvi Azərbaycanı özünə qarşı təhlükə kimi qiymətləndirir. Əgər İran əvvəllər bu mövqeyini hardasa pərdələyirdisə, Vətən müharibəsində, Azərbaycanın şanlı zəfərindən sonra artıq rəsmi Tehran Azərbaycanla bağlı bu psixoz və qarabasma mövqeyini açıq formada fəaliyyətdə əks etdirməyə başlayıb”.

Deputatın vurğulyıb ki, bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb:

"Hamımız şahid olduq ki, istər müharibə dövründə, istər sonralar İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarında, həm də Azərbaycanın özündə İrana maşalıq edən, eyni zamanda İrana sığınaraq məqam gözləyən xəyanətkar, satılmış üzdəniraqlar Azərbaycana qarşı açıq formada kampaniyalara başlayıblar. Baxmayaraq ki, ən mürəkkəb dövrdə belə Prezident İlham Əliyev əlini Xudafərin körpüsünə sarı uzadıb qədim Azərbaycan abidəsini dostluq körpüsü adlandırmışdı. İran əslində sivil, beynəlxalq hüquqa minimal hörmət bəsləyən dövlət olsaydı, bu jestdən sonra artıq durardı, yeni səhifə açıb dostluq və əməkdaşlıq barədə düşünərdi.
 
 
Amma əksinə, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı. İndi guya öz aləmlərin də bu kimi xaotik məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşür ki, qarşılarındakı 90-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Bizim İrana qarşı heç zaman düşmənçilik mövqeyimiz olmayıb. Heç bir üçüncü dövlətə imkan verməmişik ki, ərazimizdən İrana qarşı istifadə etsin, hətta İran sanksiyalar altında sürünəndə biz əlaqələrimizə heç bir məhdudiyyət tətbiq etmədik, İran bizim hesabımıza nəfəs aldı. Çünki biz bütün qonşularımızla sülh və sabitlik şəraitində, mehriban qonşuluq münasibətləri qurub əməkdaşlıq etmək istəyirik. Amma təəssüf ki, hələlik İrandan ancaq riyakarlıq, qeyri-səmimilik, düşmənçilik xarakterli münasibət müşahidə edirik”.

B.Məhərrəmov qeyd edib ki, İran dövləti müqəddəs İslam ideyaları ilə pərdələnib, əslində fars şovinizmini tətbiq etməkdədir:

"Əks halda adında İslam olan, özünün İslamın qoruyucusu, şiəliyin mərkəzi olduğunu iddia edən bir dövlət 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan islam abidələri, donuz saxlanan məscidlər, Məhəmməd ümmətinin dağıdılan məzarları ilə bağlı bir mövqe bildirərdi. İran nə etdi? Nəinki mövqe bildirmək, əksinə işğalçı təcavüzkar Ermənistana etmədiyi kömək qalmadı. Silahını verdi, sursatını verdi. Hətta müharibə dövründə və ondan sonra da İran hərbi qüvvələrini Arazın cənub sahillərinə yığıb hazırlıq vəziyyətinə gətirərək bizi öz aləmində təhdid etməyə çalışdı. İndi bəzi məsələlər var, açıqlamaq olmur, İran ərazisindən Ermənistana silah-sursat ötürülməsinə dair çox sayda faktlarımız var, Azərbaycanın bunun qarşısını aldığı faktlar var, lazım olarsa aidiyyətı strukturlar açıqlaya bilər. Elə bu günün özündə də İran Ermənistan ordusunun o qalıqlarını dirçəltməyə çalışır, İran istehsalı olan hərbi vasitələrlə, minalarla, dronlarla, digər silahlarla təmin edir və bunu təsdiq edən nə qədər lazımdırsa həm rəsmi, həm də audiovizual sənədlər mövcuddur”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR