Azərbaycanın xalq artisti 'Şöhrət Ordeni' ilə təltif olundu

MƏDƏNİYYƏT
07:14 02.02.2013
1896
Prezident İlham Əliyev Azərbaycanda ifaçılıq sənətinin inkişafındakı xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilovu “Şöhrət” ordeni ilə təltif edib. Modern.az-ın məlumatına görə, bu təltif K.Cəlilovun ad günü ilə bağlı olub. Bu günlərdə onun 75 yaşı tamam olub.Kamil Cəlilov 1938-ci il yanvarın 29-da Buzovna kəndində dünyaya gəlib. Onun uşaqlığı da bu kənddə keçib. Orta təhsilini Bakıdakı 176 saylı məktəbdə alıb. Eyni zamanda 1 saylı musiqi məktəbində oxuyub. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub.

OXŞAR XƏBƏRLƏR