Azərbaycanın xalq artistinin vəziyyəti ağırdır

MAQAZİN
13:03 15.07.2013
2004

Tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundovanın vəziyyəti dünən kəskin pisləşib.

Xalq artistinin bacısı Rəfiqə Axundova APA-ya bildirib ki, bəstəkar 20 dəqiqə özündə olmayıb: “Şəkəri, təzyiqi qəflətən kəskin düşdü. Vəziyyəti çox pis idi, öldü, ölümdən qayıtdı. Biz əlimizi üzmüşdük, həkimlər gəlib, müdaxilə etdilər, 20 dəqiqə sonra gözünü açdı. Mən özüm də başımı itirmişəm, bu xəstəlikdən baş açmıram”.

Rəfiqə Axundova əlavə edib ki, həkim xalq artistinin ayaq sümüyündə çat olduğunu təsdiq edib, hazırda ayağı müalicə olunur: “Bu, həm də yaşla bağlı olan məsələdir, sümükləri möhkəmliyini  itirib. Bu gün səhər vəziyyəti normallaşdı. Yeməyində yenə problem var, amma az-az da olsa çalışırıq nə isə verək, zəifləməsin”.

Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Şəfiqə Axundova Şərqdə ilk operanın - "Gəlin qayası" operasının müəllifidir. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var