Xalq şairi Nəriman Həsənzadə üçüncü dəfə ürəyindən əməliyyat olunacaq. Bu haqda şairin özü məlumat verib. Qeyd edək ki, şairin modern.az saytına geniş müsahibəsi olmalı idi. Lakin səhhətinin birdən-birə pisləşməsi üzündən onunla söhbət təxirə salınıb. Ötən gecə o bildirib: “Sabah yola düşürəm. Ürəyimdən təcili əməliyyat olunmalıyam. Bu mənim üçüncü əməliyyatım olacaq. Daha ayrı yolum yoxdu. Elə ürək əməliyyatı ilə bağlı Karlovı Vorıya gedirəm. Orda ürək əməliyyatı üçün çox yaxşı bir yer var. İnşallah, avqustun sonu görüşərik”