Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşdü

Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşdü
SOSİAL
19:33 02.03.2022
360
Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunun binasının yaxınlığına, 200 metr məsafədə qanadlı raket düşüb”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
 
O qeyd edib ki, bunun nəticəsində yaxınlıqdakı binaların, o cümlədən konsulluğun iki pəncərəsinin şüşələri sınıb: "Bütün təhlükələrə baxmayaraq, Fəxri konsulluq fəaliyyətini davam etdirir. Hazırda Fəxri konsulluqda mən və konsulluğun 3 əməkdaşı var. Biz Azərbaycan vətəndaşlarının müraciətini qəbul edirik və onların təxliyəsinə yardım etməyə çalışırıq”.
OXŞAR XƏBƏRLƏR