"Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdənir "

"Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdənir "
SİYASƏT
10:56 23.01.2023
392
Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai  təşkilatçıları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünya  iqtisadi gündəliyinin, habelə  ictimai-siyasi  proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat verir.

19 yanvar 2023-cü il tarixində Davos İqtisadi Forumunda Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və "Avrasiya Orta  Dəhlizi; Yoldan magistrala” mövzusunda çıxış edib.

Prezident İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən danışarkən bildirib ki, bu nəhəng layihədə iştirak edən dövlətlər bir-biri ilə yaxşı münasibətdədir. Azərbaycanın qərbdə Türkiyə və Gürcüstanla, şərqdə isə Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri vardır. Qərb ilə Şərq arasında təbii coğrafi bağlantımız olduğu üçün illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırır. Azərbaycanın infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan artıq neçə illərdir ki, neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da etməyə başlamışdır. Bu dəhlizdən karbohidrogenlər üçün də istifadə potensialımız var. "Vahid pəncərə” sistemini tətbiq etməklə daha sıx əməkdaşlığa nail olmaq olar. 

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Orta Dəhliz üzərində  yerləşməsi və şimal-cənub marşrutu boyu yerləşməsi əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanı yaxınlığında azad zonanın açılışı olacaq, istehsal yeri şirkətlərin investisiya yatırması üçün əlverişli olacaq, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan və Gürcüstan–Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatımız var. Biz artıq bu formatın bəhrələrini görürük. Qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olmuşuq və maraqların balansı qorunub saxlanılır.
 
Forumda Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasını Azərbaycan iqtisadiyyatınının qüdrətini artıran amillərdən biri kimi dəyərləndirdiyini bildirib. 

Mərkəzi Asiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan arasında yaxşı dəmir yolu bağlantılarının olmamasını qeyd edən Prezident, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsinin üstünlüklərindən danışıb.  

Prezident İlham Əliyev Avropaya artan enerji təchizatından, təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciətlərə uyğun işlərin qurulmasından və artımın çox sürətli olmasından danışaraq, ümumi həcmin isə 24 milyard m3 olduğunu bildirib. 

Yaşıl enerji ilə bağlı potensialın çox böyük olduğunu söyləyən Prezident Xəzər dənizinin külək potensialının, eyni zamanda işğaldan azad olmuş ərazilərdə 10 qiqavat potensialın olduğunu qeyd edib.

Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ermənistanla bağlı münasibətlər barəsində verilmiş sualı cavablandıran cənab İlham Əliyev deyib: ”Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq  sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistan buna hazır deyil. Onlar regionun təhlükəsiz olmasında maraqlı deyillər”. 

Təyyubə Hüseynova Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:24 02.07.2026
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
20:11 02.07.2026
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
20:00 02.07.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası