Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb

Azərbaycanın XİN başçısı avstriyalı naziri İranın dron hücumu barədə məlumatlandırıb
SİYASƏT
00:37 06.03.2026
158
Martın 5-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə I‌ranın dron hücumları barədə ətraflı məlumat verib.

Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücumun beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozuntusu olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Avstriyalı nazir dron hücumlarını qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.

Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.

Nazir Beate Maynl-Rayzinger İranda olan Avstriya vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edilməklə təxliyəsinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR