Azərbaycanın yeni gəmiləri suya buraxıldı

İQTİSADİYYAT
19:02 13.11.2012
1820
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib. Ən müasir tələblərə cavab verən yeni nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycanın regionda mövqeyini daha da möhkəmləndirir. Nəqliyyatın digər sahələri kimi dəniz nəqliyyatının inkişaf etdirilməsi də dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi ölkəmizin dəniz nəqliyyatı ilə yükdaşıma imkanlarının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.Gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə prezident İlham Əliyevə raport verib. Dövlət başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub.Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bərələr Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmaqla nəqliyyat donanmamızı daha da zənginləşdirəcək.Dəniz nəqliyyatının inkişaf etdirilməsinə böyük əhəmiyyət verən prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər gəmiçiliyin donanması 10 tanker və 4 gəmi-bərə ilə öz imkanlarını daha da genişləndirib. “Bərdə” və “Balakən” ilə birlikdə yeni gəmilərin sayı 16-ya çatdırılıb. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri də yaxın gələcəkdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir