Azərbaycan millisi dünya üçüncüsü oldu

Azərbaycan millisi dünya üçüncüsü oldu
İDMAN
23:14 24.08.2025
207
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

AZXEBER.COM xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.
OXŞAR XƏBƏRLƏR