Azərbaycanla Avropa İttifaqı arasında vizalar sadələşdirildi
Siyasət
10:21 07.03.2014
929
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır: