Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır

Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır
MANŞET
19:15 20.09.2016
842

"Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”.

AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim prezident İlham Əliyevlə görüşü zamanı deyib. O, ötən il qəbul olunan sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirdi. Hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırdı.Sayyad Kərim ölkəmizlə "Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını bildirdi. Sayyad Kərim Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi.Avropa Parlamentinin Finlandiyadan olan deputatı, Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala Prezident İlham Əliyevə səmimi və konstruktiv çıxışına görə minnətdarlıq etdi. O, Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdi. Azərbaycanda dünyəvi cəmiyyətin qurulduğunu və bunun çox mühüm hal olduğunu, Azərbaycanın İslam aləmində mühüm dünyəvi ölkələrdən birinə çevrildiyini deyən Heydi Hautala Avropa və Azərbaycan vətəndaşları arasında təmasların genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının təmsilçisi və xarici ölkələr komitəsinin üzvü olan Ramona Manesku dedi ki, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycan müsəlman ölkələri içərisində bir nümunədir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Ramona Manesku bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyini bildirdi. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladı və bu siyasəti davam etdirəcəklərini qeyd etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR