Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib

SİYASƏT
21:01 30.09.2025
150
Azərbaycan maliyyə naziri Sahil Babayev Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Zakia İğhilini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

S.Babayev enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı investisiya təşəbbüslərinin dəstəklənməsinin, eləcə də ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Mövcud investisiya göstəricilərinin hələlik aşağı olmasına baxmayaraq, qeyri-neft və qaz sektorunda əməkdaşlıq üçün böyük potensialın olduğu, logistika və turizm imkanlarının, hava nəqliyyatı əlaqələrinin, həmçinin bərpa və tikinti layihələrinin nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakia İğhili fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşün sonunda maliyyə naziri səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ucarda avtomobil piyadanı vurdu
22:59 30.09.2025
Ucarda avtomobil piyadanı vurdu
Sabah Bakıda yeni universitet açılacaq
22:37 30.09.2025
Sabah Bakıda yeni universitet açılacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
22:26 30.09.2025
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır
22:20 30.09.2025
Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır
Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası
22:08 30.09.2025
Naxçıvanla maneəsiz əlaqə regiona faydalı olacaq - Türkiyə Milli Təhlükəsizlik Şurası
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
21:48 30.09.2025
Goranboyda hərbi texnika daşıyan yük maşını yandı
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
21:43 30.09.2025
Azərbaycan və İtaliyanın dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
21:34 30.09.2025
Mirzoyan: İrəvanla Bakı arasında sülh bütün region üçün vacibdir
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
21:24 30.09.2025
İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
21:23 30.09.2025
Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
21:01 30.09.2025
Azərbaycanla Əlcəzair arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
20:52 30.09.2025
"Səbail" braziliyalı yarımmüdafiəçi transfer etdi
Zakir Həsənov Pakistana başsağlığı verdi
20:43 30.09.2025
Zakir Həsənov Pakistana başsağlığı verdi
İrəvanda partlayış baş verib, yaralılar var
20:36 30.09.2025
İrəvanda partlayış baş verib, yaralılar var
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
20:30 30.09.2025
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
20:29 30.09.2025