“Azərbaycanla İran münasibətlərdə yeni səhifə açıb”

“Azərbaycanla İran münasibətlərdə yeni səhifə açıb”
SİYASƏT
12:25 29.12.2021
382
"Azərbaycan və İran arasındakı münasibətlərdə yeni səhifə açılıb”.

AZXEBER.COM xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Tehran Times” nəşrinə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkə liderlərinin müdrikliyi və diplomatlar sayəsində Azərbaycan və İran arasındakı gərginliyi aradan qaldırmaq mümkün olub.

"Tam səmimi deyə bilərəm ki, biz bu gərginlikləri dəf etdik və iki dost, qardaş, qonşu ölkələr arasındakı münasibətlərdə yeni səhifə açıldı. İran Prezidenti İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevlə Aşqabadda keçirdiyi görüş bu baxımdan dönüş nöqtəsi oldu”, - deyə səfir bildirib.

Musəvi, həmçinin İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahianın dekabrın 22-si Bakıya səfərini və burada keçirdiyi görüşləri də xatırladıb.
OXŞAR XƏBƏRLƏR