Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin deputatı Qurbuks Saini ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
AZXEBR.COM xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Deputat, Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun üzvü hörmətli Saini Qurbuks ilə görüşmək xoş idi", - o bildirib.
Qeyd olunub ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə səmimi və konstruktiv fikir mübadiləsi aparılıb.
It was a pleasure meeting with Honorable Saini Gurbux, MP and a member of the Canada-Azerbaijan Parliamentary Friendship Group. Thank you for the warm and constructive exchange on issues of mutual interest. 🇦🇿 🤝 🇨🇦 https://t.co/uB08M92NhV
— Azerbaijan in Canada (@AzEmbCanada) October 12, 2026











































