Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
SİYASƏT
20:43 20.10.2026
123
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru, istefada olan general-leytenant Kristofer Koutsla görüşüb və söhbət zamanı əməkdaşlıq imkanları araşdırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Macdonald-Laurier" İnstitutunun Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramının direktoru Kristofer Koutsla görüşmək, beynəlxalq siyasət və təhlükəsizlik barədə fikir mübadiləsi aparmaq, həmçinin gələcək dialoq və əməkdaşlıq imkanlarını araşdırmaqdan məmnun oldum", - paylaşımda bildirilib.
OXŞAR XƏBƏRLƏR