Azərbaycanla Latviya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Latviya Müdafiə Nazirliyində logistika üzrə dövlət katibinin müavini general-mayor Andis Dilansla (Andis Dilāns) görüşdə onun bu yaxınlarda Bakıda "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakı barədə fikir mübadiləsi aparılıb:
"İkitərəfli tərəfdaşlığımızı daha da gücləndirmək imkanlarını araşdırdıq".
Thankful to the @MoD_Latvia for hosting today’s meeting with Major General Andis Dilāns, Undersecretary of State for Logistics. We had a productive exchange on #Azerbaijan-#Latvia cooperation in defence and the defence industry, discussed his recent participation in #ADEX 2026 in #Baku, and explored opportunities to further strengthen our bilateral partnership. 🇦🇿 🇱🇻
— Nermine Mustafayeva (@NermineMustafa2) October 15, 2026











































