Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv etdi

Azərbaycanla Oman bu şəxslər üçün vizanı ləğv etdi
SİYASƏT
15:51 29.10.2025
106
Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün qarşılıqlı viza azadolması haqqında Saziş imzalayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X” hesabında paylaşım edilib.

"Bu, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində növbəti addımdır”, - paylaşımda deyilir.

Qeyd edək ki, hər iki ölkə arasında həmçinin konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumu da imzalanıb.
OXŞAR XƏBƏRLƏR