"Qarşıda Azərbaycan və Qazaxıstanla oyunlarımız var. Amma bu barədə danışmağa ehtiyac yoxdur. Çünki bu oyunların artıq heç bir mənası qalmayıb". Bu sözləri Avstriya yığmasının sabiq baş məşqçisi Didi Konstantini deyib.
Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Avstriya yığmasını Bakıya Konstantini gətirməli olsa da, sonda planlar dəyişib.
Onun istefası üzündən bu komandanı millimizlə görüşdə meydana idman direktoru Uilli Ruttenştayger çıxaracaq.