Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Berkaber kəndindən 1540 metr şimal-şərqdə partlayış baş verəcək.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Partlayış bu gün saat 08:10-08:40 aralığında eşidiləcək.
Ermənistan Müdafiə Nazirliyi ətraf ərazilərin sakinlərindən diqqətli olmalarını və panikaya düşməmələrini istəyib.