“Azərbaycanla təzyiq dili ilə danışmaq qəbul olunmazdır”

SİYASƏT
14:34 05.11.2014
1207
Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Britaniyanın «The Guardian» qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair məqaləsi dərc olunub.
Məqalədə Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı məsələlərlə əlaqədar baş katibin fikirləri yer alıb. Baş katib mövqeyini açıqlayarkən Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqidi fikirlər səsləndirib.
Sözügedən məsələ ilə bağlı AZXEBER.COM-a danışan millət vəkili Asim Mollazadə bildirib ki, Avropa Şurası tərəfindən demokratiya və insan hüquqlarından müvafiq bir təzyiq məsələsi kimi müstəqil dövlətlərə qarşı istifadə olunur: “Gerçək bir həqiqət ondan ibarətdir ki, Ermənistandakı problemlərə göz yuman qurum təmsilçiləri Azərbaycana qarşı mövqelərini açıqlayarkən fikirlərini şişirdirlər. 
Mənə elə gəlir ki, bu istiqamətdə çox ciddi araşdırmalar aparmaq lazımdır. Azərbaycan Avropa Şurasının üzvüdür və vətəndaşların Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Hər bir problem öz həllini Avropanın dönə-dönə istinad etdiyi hüququn aliliyi çərçivəsində tapmalıdır, təzyiq dilində yox”.
Millət vəkili Fuad Muradov isə sözügedən məsələ ilə bağlı mövqeyini açıqlayarkən qeyd edib ki, Avropa Şurası mütəmadi olaraq Azərbaycana qarşı ikili standartlardan çıxış edir:
 “Avqopa Şurası öncə Azərbaycan hökumətinə təklif edir ki, İşçi Qrup Yaradılsın. Qrup yaradılıb fəaliyyətə başlayandan sonra isə Azərbaycanla bağlı belə açıqlamalar verir. Bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsi, üsulu kimi istifadə olunur. Belə mövqe nümayiş etdirmək məntiqə sığmır. Cənab Yaqland yaxşı bilməlidir ki, Azərbaycanla təzyiq dili ilə danışmaq qəbul olunmazdır. Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Mən çox təəssüf edirəm ki, baş katib tərəfindən Azərbaycanla bağlı belə bir fikirlər açıqlanıb və bu heç bir halda xalqımız tərəfindən qəbul oluna bilməz. Azərbaycana qarşı yanaşmada ikili standartlar həyata keçirilir. 
Niyə görə digər ölkələrdə olan çox ciddi problemlərə göz yumulduğu, o problemlər gündəmdə saxlanılmadığı halda, Azərbaycana qarşı belə münasibət ortaya qoyulur? Əgər Azərbaycanla bağlı məsələlər gündəmə gətirmək istəyirlərsə, o zaman işğal altında olan topraqlarımızın məsələsini qabartsınlar, qaçqın və məcburi köçkünlərimizin pozulan hüquqlarının müdafiə məsələlərini gündəmə gətirsinlər”.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR